![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2019/3/15/1/e37dceab-4fd2-4d68-8ffd-a907d22f33fe/yumurta-tarix.jpg)
Ötən gün “OBA” marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtalar satışa çıxarılıb.
Həmin yumurtalar Yasamal rayonu ərazisində yerləşən mağazaların birində satılıb.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən üzərində istehsal tarixi 15.03.2019-cu il göstərilmiş yumurtalarla bağlı məlumat mediadan götürülərək araşdırmalara başlanılıb.
Yeniavaz.com xəbər verir ki, AQTA-dan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək:
“Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.