Mingəçevir idmançıları yeni uğura imza atıblar


Mingəçevir Tayçszi-Çsyuan idman sağlamlıq klubunun idmançıları bu günlərdə yarışlardan yeni uğurlarla qayıdıblar.  Belə ki,  Alpaqut Turan Döyüş sənəti üzrə idmanın sirlərinə yiyələnən mingəçevirli idmançılar  Bakı şəhərində Şağan Olimpiya  İdman Kompleksində  keçirilən  V respublika çempionatında iştirak ediblər. 40 -a yaxın idman klublarının idmançılarının iştirak etdikləri yarışda Mingəçevirdən qatılan 9 nəfər idmançıdan 5 nəfəri 1-ci yerə, 3 nəfəri 2-ci yerə, 1 nəfər isə 3 yerə layiq görülüb.

Bu barədə Yeniavaz.com-a karate üzrə qara kəmər ustası,  ömrünün 30 ilini  mingəçevirli yeniyetmə və gənclərin idman həyatına həsr etmiş  Alpaqut Turan Döyüş Sənəti Federasiyasının Mingəçevir şəhər şöbəsinin sədri, kinq-boksinq üzrə məşqçi və hakim, Mingəçevir Tayçszi-Çsyuan idman sağlamlıq klubunun məşqçi müəllimi Mehman Məlikov məlumat verib.

Onun sözlərinə görə, birinci yerə layiq görülənlərdən biri 9 yaşlı İbrahim Həşimovdur: “O,  8 dəfə çempion olub.  Hiss edirsən ki, İbrahim  idmanı həyatının mənasına çevirib. Odur ki, hər iştirak etdiyimiz turnirdə onun qalib gələcəyinə, ümidlərimi doğruldacağına inanıram”. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top