
Rusiyalı hərbçilər nüvə silahının tətbiq edilməsi imkanını nəzərdən keçirirlər, bu, Rusiya doktrinasının tərkib hissəsi və müharibə aparmaq üsuludur. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qüvvələrinin komandanı və NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı general Körtis Skaparrotti deyib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hesab edir ki, Rusiya ABŞ qoşunlarının münaqişəyə müdaxilə etməyə macal tapmamış daha zəif qonşuları üzərində tez qələbə qazanmaq üçün məhdud hərbi münaqişələrdə nüvə silahından istifadə edə bilər.
General qeyd edib ki, Rusiya buna dominantlıq etmək məqsədilə eskalasiya kimi baxırlar: “Əgər hazırda onların silah sistemlərinin modernləşdirilməsinə baxsanız, fikrimcə, görərsiniz ki, onlar bu məqsədlər üçün müəyyən eskalasiya zamanı istifadə edə bilərlər. Zənn edirəm ki, onlar həqiqətən də bunun üçün hazırlanır”.
K. Skaparrotti qeyd edib ki, Rusiyanın sərəncamında 2 min qeyri-strateji nüvə silahı sistemi var.
Tətbiqimizi yükləyə bilərsiniz