İran kəşfiyyatı İsrailin keçmiş Baş qərargah rəisinin telefonunun şifrəsini sındırıb

 
İran kəşfiyyatı İsrailin hərbi və siyasi xadimi Beni Qantsın mobil telefonunun şifrəsini sındırıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu İsrailin ümumi təhlükəsizlik xidmətindən (ŞABAK, əks-kəşfiyyat) deyiblər.
 
Məlumata əsasən, şifrənin sındırılması nəticəsində hakerlər məxfi məlumatlara giriş əldə ediblər. Ölkənin təhlükəsizlik xidməti B. Qantsı insident barədə məlumatlandırıb. İnsidentin təxminən 5 il əvvəl baş verdiyi deyilir.
 
Qeyd edək ki, B. Qants İsrail ordusunun keçmiş Baş Qərargah rəisi və partiya sədridir.

DİGƏR XƏBƏRLƏR

Top