![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/9/17/1/4233e2c6-1f69-46e9-9804-f45f75779b06/brexit.jpg)
Böyük Britaniya parlamenti ölkənin Avropa İttifaqından (Aİ) çıxması (“Brexit”) tarixinin (martın 29-u) başqa vaxta keçirilməsi üzrə hökumətin təklifini dəstəkləyib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, İcmalar Palatasında baş tutmuş səsvermə zamanı 412 deputat “Brexit”in təxirə salınmasının lehinə, 202-si isə əleyhinə səs verib.
Bununla da indi Britaniya hökuməti “Brexit” tarixinin texniki cəhətdən iyunun 30-dak təxirə salınması haqqında sorğunu Aİ-yə göndərməlidir. Bir şərtlə ki, İcmalar Palatası “Brexit”in şərtləri haqqında saziş layihəsini martın 20-dək qəbul edə bilsin. Söhbət iki dəfə qətiyyətlə rədd edilən eyni sazişdən gedir.