Türkiyədə 8 İŞİD-çi ömürlük azadlıqdan məhrum edildi

 
İŞİD terror qruplaşmasının 8 üzvü Türkiyədə məhkəmə tərəfindən ömürlük həbsə məhkum edilib. Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, müttəhimlər 2016-cı ildə ölkənin cənubundakı Qaziantep şəhərində törədilmiş terror aktı ilə əlaqəli olmaqda təqsirli biliniblər. Xatırladaq ki, 2016-cı ilin avqustunda intiharçı-terrorçu toy mərasiminə hücum edib. Nəticədə 57 nəfər həlak olub. 

DİGƏR XƏBƏRLƏR

Top