Xaricdən gətirilən avtomobillərin sayı sürətlə artır - STATİSTİKA


Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 5 min 169 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3 54 ədəd və yaxud 2,5 dəfə çoxdur.
Hesabat dövründə əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobillərinin idxalı 2 840 ədəd və yaxud 2,5 dəfə artaraq 4707-yə yüksəlib.
Bundan başqa yanvar-fevral aylarında 37 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 397 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 28 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Məlumat üçün onu da bildirək ki, 2015-ci ildən sonra kəskin şəkildə azalan avtomobil idxalı yenidən artmağa başlayıb.
Son 5 ilin - 2015-2019-cu illərin yanvar-fevral aylarında avtomobil idxalı bu cür olub:
İllər Avtomobillər (ədəd)
2015-ci il
yanvar-fevral
7 511
2016-cı il
yanvar-fevral
821
2017-ci il
yanvar-fevral
1 003
2018-ci il
yanvar-fevral
2 065
2019-cu il
yanvar-fevral
5 119
 
 

DİGƏR XƏBƏRLƏR

Top