AQTİ maarifləndirmə tədbirlərini davam etdirir: növbəti təlim Gəncədə keçirildi

Martın 13-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşkilatçılığı və Azərbaycan  Qida Təhlükəsizliyi Agentliyinin Gəncədəki regional  bölməsinin təşəbbüsü ilə İstehsal və ictimai-iaşə müəssisələrində qida təhlükəsizliyi sisteminin idarə edilməsində beynəlxalq təcrübə və şəxsi gigiyena qaydaları mövzusunda təlim keçirilib.  Yeniavaz.com xəbər verir ki, AQTİ-nin Sahibkarlarla Əməkdaşlıq Departamentinin əməkdaşı Seymur Qafarov tərəfindən aparılan tədbirdə iştirakçılara təmizlik vərdişlərinə yiyələnmə, şəxsi gigiyena qaydaları, müəssisələrdə sanitar-gigiyenik normaların qorunması, qida məhsullarının çirklənməsi, HACCP prinsipi haqqında ilkin məlumatlandırma, zərərvericilərlə mübarizə, COSHH sistemi, kimyəvi vasitələrin düzgün istifadə qaydası və s. mövzular barədə maraqlı məlumatlar verilib. İnteraktiv üslubda keçirilən təlimdə video materialla təqdim olunub, iştirakçılar öz fikir və təkliflərini diqqətə çatdırıblar, suallar cavablandırılıb.  Sonda iştirakçılara sertifikatlar təqdim edilib.      

DİGƏR XƏBƏRLƏR

Top