Gömrükdən büdcəyə ödənilən vəsaitlər kəskin artıb


Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 336 milyon 32,6 min manat vergi və rüsumlar daxil olub. Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici 2018-ci ilin fevral ayı ilə müqayisədə 116 milyon 369 min manat və ya 52,9% çoxdur.
Komitədən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 76 milyon 164,3 min manat olub.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 248 milyon 642,9 min manat, aksizlər üzrə 12 milyon 48,5 min manat, yol vergisi üzrə daxilolmalar isə 3 milyon 176,9 min manat manat olub.
 

DİGƏR XƏBƏRLƏR

Top