
Mingəçevirdə 200 şagirdi olan yardımçı məkəb qəzalı vəziyyətə düşüb.
Mingəçevir şəhid B.Şıxəliyev adına 6 saylı məktəbdə hadisə baş verib. Belə ki, məkəbin yardımçı binasının əsas stunu qəzalı vəziyyətə düşüb. Bu gün məktəbdən 200 şagird əsas korpusa köçürülüb. Qeyd edək ki, 6 saylı məktəb 1954-cü ildə istifadəyə verilib. 1993 cü ildən məktəbin əsas binasında məcburi köçkünlər yerləşdirilmişdi. Ona görə 2003-cü ildə məktəbin yardımçı binası inşa olunub. Hal-hazırda yardımçı bina qəzalı vəziyyətə düşdüyündən sinif otaqlarında dərs keçmək mümkün deyil. Məktəbə FHN şəhər təhsil şöbəsinin nümayəndələri baxış keçirib.
Qeyd edək ki, məktəb binası uçmaq təhlükəsi ilə üz-üzədir. Yardımçı binada dərs keçmək qadağan olunub.

Esmira Hidayətova,Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz