İrəvanda toqquşma: Polis onlarla şəxsi saxlayıb

Ermənistanın paytaxtı İrəvan şəhərinin mərkəzində bir qrup şəxs etiraz aksiyası keçirir və polis etirazçılara sərt müdaxilə edilib. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, etirazçılardan 16 nəfər polis tərəfindən saxlanılıb.
Məlumatda qeyd edilir ki, etirazçılar şəhərin mərkəzində yerləşən kafelərin sökülməsinə etiraz edirlər. Nümayişçilər şəhərin mərkəzi küşələrini bağlayaraq avtomobillərin hərəkətinə mane olublar.
Hazırda etiraz aksiyası davam edir və insanlar kafelərin sökülməsinə mane olmağa çalışırlar.

DİGƏR XƏBƏRLƏR

Top