Şəmkirə qonaq gedən ər-arvadı avtomobil vurub


Şəmkirdə ər-arvadı avtomobil vurub.

Hadisə Bakı-Qazax avtomobil yolunun 414-cü kilometrliyində Şəmkir rayon Sabir kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Əzəlxan Xeyrəddin oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Bakı şəhər sakinləri - 1942-ci il təvəllüdlü Çingiz Talıb oğlu Hacıyevi və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Çinarə Əli qızı Heydərovanı vurub. Nəticədə hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə göndərilib.

Qeyd edək ki, hər iki şəxs Bakıdan Şəmkirə qonaq gedib.

Faktla bağlı araşdırma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top