ABŞ-da milyonçuların sayı İsveç əhalisinin sayını ötüb

ABŞ-da səhmlərinin qiyməti azı 1 milyon dollar təşkil edən 11,8 milyon insan yaşayır.

Bu barədə Çikaqonun "Spectrem Group" konsaltinq şirkətinin tədqiqatının nəticələrində bildirilir.

Məlumata görə, Birləşmiş Ştatlarda səhmlərinin qiyməti azı 1 milyon dollar olan insanların sayı Portuqaliya və İsveç kimi ölkələrin əhalisinin sayını ötüb.

Nəticələrə görə, səhmləri 5-25 milyon dollar qiymətləndirilən sahibkarların sayı 3,5 faiz artaraq 1,397 milyonnəfər olub. 2018-ci ildə səhmləri 25 milyon dollardan çox olan sahibkarlar 0,6 faiz artıb. İndi onların sayı 173 min nəfər təşkil edir. (Report)

DİGƏR XƏBƏRLƏR

Top