Ermənistanda gürcü Prezidentinə Azərbaycan və türk yeməkləri verildi


 
Ermənistanda səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabaşviliyə Azərbaycan və türk yeməkləri verilib.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, Gürcüstan Prezidenti İrəvana səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə nümayəndə heyətlərinin iştirakı ilə nahar ediblər. 
Nahar İrəvandakı restoranların birində baş tutub. Restoranın baş aşpazı Anna Ambartsumyan bildirib ki, qəlyanaltı qismində qonaqlara imam bayıldı, müxtəlif otlar, pendir çeşidləri və ət, eləcə də humus təqdim edilib. 
Onun sözlərinə görə, qonaqlara birinci yemək olaraq iki dolma növü - üzüm yarpağına bükülmüş, habelə kələm və pomidor dolması verilib. Nahar stolu 21 nəfər üçün açılıb.

DİGƏR XƏBƏRLƏR

Top