Rusiya Türkiyə ilə razılaşaraq İdlibə havadan zərbələr endirdi

 
Rusiya Hərbi Kosmik Qüvvələri Türkiyə ilə razılaşma əsasında Suriyanın İdlib vilayətində “Həyat Təhrir əş-Şam” terrorçularının silah və hərbi sursat anbarına dəqiq hava zərbələri endirib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məlumata əsasən, silahlılar ötən gün həmin anbara xeyli sayda zərbə pilotsuz uçan aparatları çatdırıblar. Terrorçular Rusiyanın Suriyadakı Hmeymim aviabazasına havadan hücum etmək üçün onlardan istifadə etməyi planlaşdırıblar. Qeyd edək ki, “Həyat Təhrir əş-Şam” “Cəbhat ən-Nüsrə” qruplaşmasının yeni adıdır. 

DİGƏR XƏBƏRLƏR

Top