ABŞ-da məhkəmə ölkə Prezidenti Donald Trampın seçkiqabağı qərargahının keçmiş rəhbəri Pol Manafortu ümumilikdə 7,5 il müddətinə azadlıqdan məhrum edib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu gün Vaşinqtonda Federal Dairə Məhkəməsinin qərarı ilə P. Manafort 3,5 il müddətinə həbsxanada qalmalıdır. Aleksandriya şəhər məhkəməsi (Virciniya ştatı) isə martın 8-də D.Trampın seçkiqabağı qərargahının keçmiş rəhbərini bir sıra ittihamlar, o cümlədən vergi və bank qanunvericiliyini pozmaq, xarici bank hesablarının gizlədilməsi ittihamları üzrə təqribən 4 il müddətinə azadlıqdan məhrum edib. P. Manafort Vaşinqtonda məhkəmədə hökm oxunmazdan törətdiyi cinayətlərə görə əvvəl üzr istəyib və peşman olduğunu deyib.
Trampın daha bir adamı həbs edildi - FOTO