5-ci mərtəbədən yıxılan qızın nənələri: "Saytlardan və televiziyalardan xahiş edirik ..."


Mingəçevirdə 5-ci mərtəbədən yıxılan qızın nənələri minnətdarlıq bildirdilər.

Mingəçevir şəhər Aydın Məmmədov küçəsi 9 ünvanında yaşayan 18 yaşlı Səbinə Firdovsi qızı Adıgözəlova yaşadığı ünvanın 5-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılmışdı.
Yeniavaz.com xəbər verir ki, Səbinənin nənələri onlara dəstək olan şəhər rəhbərliyinə, depuat Aydın Mirzəzadəyə, şəhər xəstəxanasının həkimlərinə və qonşularına minnədarlıq bildiriblər. Nənələr Həkimə Qarayeva, Rəfiqə Hüseynova (Bərdə sakini) bildirdilər ki, imkansız ailədirlər: “Bizə kömək edənlərə minnətdarlığımızı bildiririk. Mingəçevir xəstəxanasında da nəvəmizə yaxşı baxıblar. Biz imkansız ailə olduğumuza görə bizə depuat Aydın Mirzəzadə kömək etdi və qızımızı Bakı 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirib. Hal-hazırda vəziyyəti stabil olaraq qalır. Hadisənin baş vermə səbəbi bayramqabağı olduğu üçün Səbinə ev-eşik yışıdırıb. Paltar ciyəcindən yastığı götürmək istəyəndə bu hadisə baş verib. Görünməyən bir möcüzə nəticəsində sağ qalıb. Xahiş edirik digər saytlardan və televiziyalardan məlumatı verəndə düzgün versinlər. Mənim uşağım özünə qəsd etməyib. Yalan məlumat yaymasınlar. Biz inanırıq ki, nəvəmiz sağalacaq”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top