Gəncədə ata və oğulu maşın vurdu


Gəncədə ata və oğulunu maşın vurub, onlardan biri ölüb digəri ağır yaralanıb​.

Yeniavaz.com xəbər verir ki, hadisə Kəpəz rayon, Üzeyer Hacıbəyli küçəsində qeydə alınıb. Samux rayon sakini, 1995-ci il təvəllüdlü Kənan Rasim oğlu Abdullazadə idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən, Gəncə şəhər sakinləri, 1964-cu il təvəllüdlü Səttar Əşrəf oğlu Qəribovu və onun 29 yaşlı Anar adlı oğlunu vurub. Qəza nəticəsində S.Qəribov ölüb. A.Qəribov isə özəl xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top