Rotşildlər ailəsindən MÜHÜM QƏRAR


Rotşildlər ailəsinin İsveçrə bankı tezliklə özəl olacaq.
Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, maliyyə təşkilatı Sürixdə birjadan getmək və sərbəst dövriyyədə olan bütün aksiyaları planlarını barədə açıqlama verib. Sazişin məbləği təqribən 890 milyon dollar təşkil edəcək. 
Benjamin Rotşild ailəsi Sürixdəki birjada “Edmond de Rotschild” (Suisse) bankının səhmlərini almaq niyyətindədir. Məqsəd daxil olduğu şirkətlər qrupunun hüquqi strukturunu sadələşdirmək və onu genişləndirməyə hazırlamaqdır. 
Sürixdə sərbəst dövriyyədə olan “Edmond de Rotschild”in bütün aksiyalarının hər biri 17 945 İsveçrə frankı ilə satın alınacaq. Bundan sonra o, İsveçrənin fond bazarının iştirakçısı olmayacaq. Bankın sərbəst dövriyyədəki 50 min səhmi ilə bağlı saziş 897,3 milyon frank (890 milyon dollar) təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top