Müştərisini bıçaqlayan internet klub işçisinə hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Anar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yeniavaz.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Hacıyev 4 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən il Əhmədli qəsəbəsində baş verib. A.Hacıyev işlədiyi internet kluba gələn müştəri Rafiq Nurullayevlə mübahisə edib. Mübahisə zamanı onlar əvvəlcə əlbəyaxa olublar. Sonra isə A.Hacıyev onu bıçaqlayıb.

A.Hacıyev Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyət ilə qəsdən sağlanlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

DİGƏR XƏBƏRLƏR

Top