Özünü DTX-nın əməkdaşı kimi təqdim edən qadına hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevinc Mirzəyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

Yeniavaz.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə bir neçə nəfərə qarşı dələduzluq edən qadın hakim qarşısına çıxarılıb. Atası alim olan həmin qadın özünü DTX işçisi və fond rəhbəri kimi təqdim edib.

 Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1967-ci il təvəllüdlü Mirzəyeva Sevinc Faiq qızının cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən S.Mirzəyeva 7 il müddətinə azadlıqdan məhrum edilib

Qeyd edək ki, ötən il iyunun 7-də Bakının Nəsimi rayonunda polis bölməsinə müraciət edən İran vətəndaş Asfari Alirezani bildirib ki, 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayınadək olan müddətdə Sevinc adlı şəxs paytaxt ərazisində onun alması üçün ev tapacağına vəd verib, bu yolla aldadaraq ondan 83 min 257 manat alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Mirzəyeva müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, həmin qadın bir neçə şəxsə qarşı da dələduzluq əməli törədib.

Cinayət işində ümumilikdə 14 zərərçəkmiş var. O, həmin şəxslərə 232 min 757 manat məbləğində ziyan vurub. 

S.Mirzəyeva həmin şəxslərə özünü hüquq-mühafizə orqanları əməkdaşı oıduğunu deyərək dələduzluq edib.

DİGƏR XƏBƏRLƏR

Top