Vyana həyat üçün ən yaşı şəhər qismində dünyanın digər yerlərini ardıcıl onuncu dəfə qabaqlayıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Mercer” beynəlxalq konsaltinq şirkətinin tərtib etdiyi reytinqdə deyilir. 21-ci dəfə hazırlanan reytinqdə 231 şəhər yer alıb.
1,9 milyon əhalisi olan Avstriya paytaxtı bir sıra göstəricilər üzrə (cəmi 39) liderlik edir. Onların arasında sosial mühit, mədəni həyat, tibbi xidmət, təhsil, nəqliyyat, istirahət, siyasi sabitlik və biznes üçün cəlbedicilik var.
Siyahıda ikinci yeri İsveçrənin Sürix şəhəri tutur. Sürix Vyana ilə müqayisədə daha bahalı şəhərdir. Üçüncü yeri isə Oklend, Münhen və Vankuver tuturlar.
Ayrıca reytinqdə dünyanın ən təhlükəsiz şəhəri Lüksemburq adlandırılıb. Onu sıra ilə Helsinki, Bazel, Bern və Sürix şəhərləri izləyir. Bu göstərici üzrə sonuncu, 231-ci yeri Suriyanın paytaxtı Dəməşq tutur.