"Gəzən ev" - FOTOLAR


Ev, mənzil dedikdə onun yerindən tərpənməsi ağlımızdan belə gəlmir. Amma Yevlaxda yaşayan Kəlbəcər sakini Ruslan Nəbiyev deyilənləri alt-üst edərək “gəzən ev” düzəldib. Usta əl işini dəmir parçaları, “Uaz” markalı avtomobilin təkərləri və taxta materiallardan istifadə etməklə 45 günə hazırlayıb. Uzunluğu 6 metrə yaxın, eni 2.5 metr, çəkisi 2 ton olan “Gəzən ev”in daşınması əksər avtomobillərlə mümkündür. İçərisi taxtalarla yığıldığından əl işi xüsusi ilə diqqət çəkir.
Ümumi sahəsi 14 kvadrat metr olan daşınan evin içərisi iki mərtəbəyə bölünür. Sənətkar burada zövqə uyğun olaraq müəyyən dəyişikliklər etməyin mümkün olduğunu da deyir. Ölçüləri yola uyğun olduğundan daşınar evin sənədləşdilməsi, nömrə alınması da mümümkündür.

“Gəzən ev” daha çox turistlərin marağına səbəb olur. Türkiyədən ölkəmizə gələn sürücü Yusif Köçər Azərbaycanda hazırlanan əl işinin keyfiyyətli və diqqət çəkən olduğunu deyir.
Kəlbəcərli sənətkar 45 gün vaxt sərf etdiyi əl işinə 4500 manat xərc çəkib. Təklif edilən məbləğ ürəyincə olsa “Gəzən ev”i satmaq fikirinə düşə biləcəyini deyir.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top