SSRİ dağıldıqdan sonra Rusiyadan çıxarılan pulların həcmi açıqlandı - MİLYARDLARLA DOLLAR

 
Son 25 ildə Rusiyadan çıxarılmış aktivlərin ümumi dəyəri təqribən 750 milyard dollar təşkil edir. Yeniavaz.com-un məlumatına görə, “Bloomberg” agentliyi hesablaşmalarla bağlı iki versiya hazırlayıb.
 
Daha mühafizəkar versiyaya əsasən, 1994-2018-ci illər ərzində Rusiyadan 750 milyard dollar çıxarılıb. Bu da ölkənin ümumi daxili məhsulunun 50 faizindən bir qədər azını təşkil edir. Digər versiyaya görə isə 25 ildə Rusiyadan təqribən trilyon dollar çıxarılıb.
 
Rusiya Mərkəzi Bankının məlumatına görə, 2018-ci ildə ölkədən çıxarılan vəsaitlərin həcmi 25,2 milyard dollardan 67,5 milyard dollaradək artıb. Bu ilin ilk 2 ayında bu rəqəm 18,6 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövründən 2,1 dəfə çoxdur. 

DİGƏR XƏBƏRLƏR

Top