
ABŞ Prezidenti Donald Tramp 1995-ci ildə Bill Klinton administrasiyası dövründə İrana qarşı tətbiq edilmiş sanksiya rejiminin müddətini 1 il uzadıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ evin press-relizində deyilir.
Məlumata əsasən, D. Tramp 15 may 1995-ci il tarixində İranla münasibətlərdə elan edilmiş “fövqəladə vəziyyət”in fəaliyyətini növbəti bir il uzatması barədə Konqresə bildiriş göndərib.