Rusiya Azərbaycana səfər etməyi planlaşdıran ermənilərə xəbərdarlıq etdi

 
Rusiya Xarici İşləri Nazirliyi (XİN) Azərbaycana səfər etməyi planlaşdıran erməni millətinə dolayısı və ya birbaşa mənsubiyyət əlamətləri olan rusiyalılar üçün xəbərdarlıq dərc edib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat yerləşdirilib.
 
Məlumatda deyilir: “Rusiya tərəfinin çoxsaylı müraciətlərinə baxmayaraq, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması praktikası davam edir. Rusiya XİN-in saytındakı “Rusiya vətəndaşları üçün xəbərdarlıq” bölməsində müvafiq xəbərdarlıq yerləşdirilib”.
 
Tövsiyyədə deyilir ki, Azərbaycanın sərhəd xidməti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını əsas gətirərək vətəndaşlığından asılı olmayaraq erməni millətinə dolayısı və ya birbaşa mənsubiyyət əlamətləri olan şəxsləri ölkə ərazisinə buraxmamaqda davam edir. Bu onunla izah edilir ki, həmin şəxslərin şəxsi təhlükəsizliyini təmin etmək mümkün deyil”.
 
Rusiya XİN Azərbaycan tərəfini müraciətlərinə məhəl qoymamaqda ittiham edib. Belə ki, sənəddə bildirilir: “Rusiya tərəfinin Azərbaycana gələn Rusiya vətəndaşlarına qarşı etnik əlamət üzrə diskriminasiya addımlarının yolverilməziliyi haqqında Azərbaycan tərəfinə dəfələrlə etdiyi müraciətlərə məhəl qoyulmur. Ortaya qoyulan şəraitlər nəzərə alınmaqla Rusiya vətəndaşlarına Azərbaycana səfər etməyi planlaşdırarkən risk ehtimallarını diqqətlə ölçüb-biçməyi təkidlə tövsiyyə edirik”. 

DİGƏR XƏBƏRLƏR

Top