"Ölkəmin hər hansı insanına atılan daş, təhqir məni yaralayır" - Deputat


“Yaxın Şərqdə, Avropada, Qafqazda baş verənlərlə Azərbaycanı müqayisə etsək, nə qədər stabil ölkədə yaşadığımızı görərik. Ölkəni sevmək, görülən işlərə qiymət vermək lazımdır”.

Yeniavaz.com modern.az-a istinadən xəbər verir ki, bunu deputat Jalə Əliyeva parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Xanım deputat bildirib ki, son ay yarımda görülən işlər dünyanın heç bir ölkəsində yoxdur.

“Hər birinizə səslənirik. Yetər artıq, ağa qara deməkdən usanın! Ölkəmin hər hansı insanına atılan daş, təhqir məni yaralayır. Ölkəni, dövləti sevmək lazımdır. Son ay yarımda atılan addımlar dünyanın heç bir inkişaf etmiş ölkəsində yoxdur.

Dünyanın heç bir ölkəsində bu qədər sərəncam imzalanmır, qanunlar qəbul olunmur. Son bir ayda 100-ə yaxın sərəncam imzalanıb. Hər birinin arxasında Azərbaycan insanı dayanır”. 

DİGƏR XƏBƏRLƏR

Top