Regionun ən bahalı düyüsünü kimlər yeyir? - Ölkələrin SİYAHISI


Azərbaycanda düyünün (uzun) orta qiyməti hazırda 2,1 manat təşkil edir. Bugünkü rəsmi məzənnə ilə hesabladığımız zaman 1 kiloqram uzun düyünün qiyməti 1,25 dollara bərabər olur.
Yeniavaz.com məşhur "numbeo" portalına istinadən xəbər verir ki, region ölkələri arasında düyü hazırda ən ucuz qiymətə Qazaxıstanda satılır. Bu ölkədə düyünün 1 kiloqramı 73 sentə bərabərdir. Rusiyada  1 kiloqram düyü 93 sentə satılır. Ukraynada 1 kiloqram düyü 97 sent bərabərdir. Qonşu Gürcüstanda düyünün qiyməti 1 dollar təşkil edir.
Digər region ölkələrindən Moldovada 1 kiloqramı düyü 1,07 dollara, Ermənistan 1,13 dollara, Türkiyədə 1,5 dollara, İranda 3,27 dollara satılır.
Məlumat üçün bildirək ki, "numbeo" portalının açıqladığı və 86 ölkəni əhatə edən reytinq siyahısında  uzun düyünün ən baha qiymətə satıldığı ölkə kimi Yaponiya göstərilib. Verilən məlumata görə, Yaponiyada düyünün 1 kiloqramı 4,13 dollara satılır.
Düyünün ən ucuz satıldığı ölkə kimi isə Şri-Lanka göstərilib. Bu ölkədə 1 kiloqram düyünün 56 sentə satıldığı qeyd olunub.

Yaponiya - 4,13 dollar
İran  - 3,27 dollar
Türkiyə - 1,5 dollar
Azərbaycan - 1,25 dollar
Ermənistan -  1,13 dollar

Moldova - 1,07 dollar
Gürcüstan - 1 dollar
Ukrayna - 97 sent

Rusiya - 93 sent
Qazaxıstan - 73 sent
 
Şri-Lanka - 56 sent

DİGƏR XƏBƏRLƏR

Top