Bu gün Ağdərənin işğalından 27 il ötür


Bu gün Ağdərə rayonunun 9 azərbaycanlı kəndinin işğalından 27 il ötür.
Bu anım gününü Bərdədə məskunlaşan Ağdərə sakinləri Bərdə şəhidlər xiyabanını ziyarət edərək qeyd ediblər. Sonralar ermənilərin yaydığı məlumatlarda bildirilirdi ki, həmin gün Ağdərə kəndlərinin işğalına ümumilikdə 1500 nəfər canlı qüvvə və zirehli texnikalar cəlb edilmişdi. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, hücuma keçən erməni və rus silahlıları yerli sakinləri ciddi müqavimətiylə rastlaşırlar. Anım günündə çıxış edənlər, bu cür tarixlərin hər zaman qeyd edilməsinin tərəfrdarı olduqlarını ifadə ediblər.

Qeyd edək ki, 1992-ci il mart ayının 12-də Manikli, Tellibinə, Xatınbəyli, Talalar, Başgüüney, Sırxavənd, Bəşirlər və Qaraşlar kəndi ermənilər tərəfindən işğal edilib. Strateji əhəmiyyətə malik olan bu yaşayış məntəqələri Ağdərə-Xankədi yolunun üzərində yerləşirdi.
Esmira Hidayəova, Bərdə
 

DİGƏR XƏBƏRLƏR

Top