Mingəçevir Sukanal İdarəsinin həyətində yanğın olub


Mingəçevirin Samux küçəsində yerləşən Sukanal İdarəsinin həyətindəki yaşıllıq zolağında yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bir tərəfdən fərdi yaşayış evləri, digər tərəfdən qamışlıq ərazi və müəssisənin texniki bölümü ilə əhatə olunan sahədə baş verən güclü yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb, alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Bununla belə həyətin yaşıllıq zolağında ağaclar, kollar və bitkilər məhv olub.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top