Kamilin anası danışdı: "İnstaqramda bir lazımsız paylaşıma görə ..."


İdmançı Kamil Zeynallının anası Sahilə Zeynallı oğlunun polis tərəfindən saxlanılaraq Nərimanov Rayon Məhkəməsinə aparılmasından danışıb.

 
Yeniavaz.com Lent.az-a istinadən xəbər verir ki, S.Zeynallı oğlunun həbs olunma xəbərini təsdiqləyib: “Kamil instaqramda bir lazımsız paylaşıma görə bir neçə sutka dövlətin qanunu qarşısında cavab verəcək”.
 
Məhkəmədən aldığımız məlumata görə, Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib.
 
O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top