Londonun ən varlı sakini rusiyalı çıxdı


Londonun ən varlı sakini rusiyalı sahibkar Mixail Fridmandır.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki,  bu barədə”Forbes” jurnalının tərtib etdiyi ən çox milyarderin yaşadığı şəhərlər reytinqdə deyilir. “Alfa-Qrupp” şirkətinin qurucusunun sərvəti 15 milyard dollar həcmində qiymətləndirilir. Böyük Britaniyanın paytaxtında ümumilikdə 55 milyarder yaşayır, onların məcmu kapital 226 milyard dollar təşkil edir. Bununla belə, onlardan yalnız 20-si Britaniya vətəndaşıdır. London reytinqdə Pekin, Moskva, Honkonq və Nyu-Yorkdan sonra beşinci yerdə qərarlaşıb.
 

DİGƏR XƏBƏRLƏR

Top