
Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı Kim Yo Çjon 14-cü çağırış Ali Xalq Yığıncağının deputatı seçilib. Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, o, martın 10-da keçirilmiş seçkilərin yekunu üzrə deputat seçilib. Bildirilir ki, seçkilərdə qeydiyyatdan keçmiş seçicilərin 99,99 faizi səs verib. K.Y. Çjonu Şimali Koreya liderinin yaxın müşaviri və respublikanın ən nüfuzlu qadını adlandırırlar.