“Biz artıq təhqirdən yorulmuşuq” - Hadı Rəcəbli


"Bir ildir ki, əlilliyi olan şəxslərlə bağlı məsələ üzərində fikir mübadilələri, müzakirələr gedir".

Yeniavaz.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Milli Məclisdə deyib. O bildirib ki,müxtəlif variantlar irəli sürülür:

"Yəni, hesab edirik ki, bu məsələ ilə bağlı daha ciddi və daha təkmil qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. Hazırda da müvafiq qurumlar, nazirliklər bu işlərlə məşğuldurlar. Amma çox istəyirik ki, bizim dediklərimiz təhrif olunmasın. Biz artıq təhqirdən də, təhrifdən də, izahat verməkdən də yorulmuşuq. Hər bir məsələ cəmiyyətə olduğu kimi, çatdırılmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top