Dünyada ən çox silah alıb-satan ölkələr - RƏQƏMLƏR


Son 5 ildə - 2014-2018-ci illərdə dünya üzrə silah ixracı əvvəlki 5 illə - 2009-2013-cü illərlə müqayisədə 23% artıb. Yeniavaz.com Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun açıqladığı məlumatlara istinadən bildirir ki, dünya üzrə qeydə alınan ümumi silah ixracının 75%-i 5 dövlətin - ABŞ, Rusiya, Fransa, Almaniya və Çinin payına düşüb.
Bu dövürdə ABŞ silah ixracını 29% artırıb. Məlumatda qeyd edilir ki, ABŞ-ın silah ixracının yarıdan çoxu - 52%-i  Yaxın Şərq ölkələrinə edilib. Ümumilikdə isə ABŞ-ın 98 ölkəyə silah satdığı qeyd olunub. Dünya üzrə ümumi silah ixracının 36%-i ABŞ-ın payına düşüb. Əvvəlki 5 ildə - 2009-2013-cü illərdə bu göstərici 30% olub.
Rusiyanın silah ixracı isə hesabat dövründə 17% azlıb. Azalmanın əsas səbəbi Rusiya silahının əsas alıcıları olan Hindistan və Venesuelanın daha az silah almalarıdır.
Əvvəlki 5 illə müqayisədə 2014-18-cu illər ərzində Fransanın silah ixracı 43%, Almaniyanın isə 13% artıb. Ümumilikdə isə Avropa İttifaqına üzv ölkələrin ümumi silah ixracındakı payı 27% təşkil edilib.
Maraqlı məlumatlardan biri isə odur ki, 2004-2008-ci illərlə müqayisədə Çinin silah ixracı 2009-2013-cü illər arasında 195% artdığı halda, 2009-13-cü illərlə müqayisədə 2014-2018-ci illərdə cəmi 2,7% artıb.
Bunlardan başqa əvvəlki 5 illə müqayisədə son 5 ildə İsrail, Cənubi Koreya və Türkiyə də silah ixracını əhəmiyyətli dərəcədə artırıblar. Bu dövürdə İsrail silah ixracını 60%, Cənubi Koreya 94%, Türkiyə isə 170% artırıb.
Silah idxalçıları isə əsasən Yaxın Şərq ölkələri olub. Əvvəlki 5 illə müqayisədə son 5 ildə Yaxın Şərq ölkələrinin silah idxalı təxminən 2 dəfə artıb.
Hesabat dövründə Səudiyyə Ərəbistanı silha idxalını 192%, Misir 206%, İsrail 354%, Qatar 225%, İraq isə 139% artırıb. Qeyd olunan ölkələr əsasən ABŞ, Böyük Britaniya və Fransa istehsalı olan silahlara maraq göstəriblər.

Dünya üzrə qeydə alınan silah ixracında ən çox (89%) paya sahib olan 10 ölkə bunlardı:
1. ABŞ - 36%
2. Rusiya - 21%
3. Fransa - 7%
4. Almaniya - 6%
5. Çin - 5%
6. Böyük Britaniya - 4%
7. İspaniya - 3%
8. İsrail - 3%
9. İtaliya - 2%
10. Hollandiya - 2%

Dünya üzrə qeydə alınan silah idxalında ən çox paya sahib olan 10 ölkə isə bunlardı:
1. Səudiyyə Ərəbistanı - 12%
2. Hindistan - 9,5%
3. Misir - 5,1%
4. Avstraliya - 4,6%
5. Əlcəzair - 4,4%
6. Çin - 4,2%
7. Birləşmiş Ərəb Əmirlikləri - 3,7%
8. İraq - 3,7%
9. Cənubi Koreya - 3,1%
10. Vyetnam - 2,9%

 

 

DİGƏR XƏBƏRLƏR

Top