Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib


Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, şəhərin Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən 55-60 yaşlı kişini "Mercedes" markalı avtomobil vurub.

Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Ölən piyadanın şəxsiyyəti müəyyənləşib. Bu, 1952-ci il təvəllüdlü Əli Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Salyanda iki qadını motosiklet vurub.

DİGƏR XƏBƏRLƏR

Top