Əlcəzair hökuməti istefa verdi


Əlcəzair hökuməti ölkədə kütləvi etirazlar fonunda istefaya gedib.

Yeniavaz.com xəbər verir ki, bu barədə prezident dəftərxanası məlumat yayıb.

Daha əvvəl ölkə prezidenti Əbdüləziz Buteflika dövlət başçısı seçkiləri üçün möhlət istəyib və növbəti müddətə namizədliyini irəli sürmək niyyətində olmadığını bildirib.

Qeyd edək ki, fevralın 22-dən Əlcəzairdə prezident Buteflikanın seçkilərdə yenidən namizədliyini irəli sürməsinə qarşı kütləvi etiraz aksiyaları keçirilir. Xalq onun xəstə olduğunu və müstəqil qərarlar vermək iqtidarında olmadığını bildirir.

81 yaşlı Buteflik müalicə aldığı İsveçrədən vətənə qayıdıb.

DİGƏR XƏBƏRLƏR

Top