Mal əti hansı ölkədə neçəyə satılır? - SİYAHI


Hazırda paytaxt Bakıda sümüksüz mal ətinin orta qiyməti 11,5 manat təşkil edir. Bugünkü rəsmi məzənnə ilə hesabladığımız zaman 1 kiloqram mal ətinin qiyməti 6,7 dollara bərabər olur. Yeniavaz.com məşhur "numbeo" portalına istinadən xəbər verir ki, bu qiymət, region ölkələri arasında orta göstərici hesab olunur.
Portalda yer alan məlumatlardan belə görünür ki, mal əti hazırda ən ucuz qiymətə Moldovada satılır. Bu ölkədə mal ətinin 1 kiloqramı 5,13 dollara bərabərdir. Ukraynada qiymətlər Moldovadan cüzi bahadır.  Ukraynada 1 kiloqram ət 5,14 dollara satılır. Qazaxıstanda mal əti bu ölkələrlə müqayisədə bir qədər bahadır. Qazaxıstanda 1 kiloqram mal əti 5,2 dollara bərabərdir. Qonşu Gürcüstanda mal ətinin qiyməti 5,67 dollar təşkil edir. Digər region ölkələrindən Ermənistan1 kiloqramı 6,33 dollara da mal ətinin 1 kiloqramı 6,33 dollara, Rusiyada 7,33 dollara, Türkiyədə 10,5 dollara, İranda 19,44 dollara satılır.
Məlumat üçün bildirək ki, "numbeo" portalının açıqladığı və 86 ölkəni əhatə edən reytinq siyahısında  mal ətinin ən baha qiymətə satıldığı ölkə kimi İsveçrə göstərilib. Verilən məlumata görə, İsveçrədə mal ətinin 1 kiloqramı 48,3 dollara satılır. Bundan başqa Norveçdə 1 kiloqram mal əti 26,9 dollara, İslandiyada 24,12 dollara, Cənubi Koreyada isə 22,19 dollara satılır.
Mal ətinin ən ucuz satıldığı ölkə kimi isə Pakistan göstərilib. Bu ölkədə 1 kiloqram mal ətinin 3,34 dollara satıldığı qeyd olunub.
İsveçrə - 48,3 dollar
Norveç - 26,9 dollar
İslandiya - 24,12 dollar
Cənubi Koreya - 22,19 dollar
İranda  - 19,44 dollar
Türkiyə - 10,5 dollar
Rusiyada - 7,33 dollar
Azərbaycan - 6,7 dollar
Ermənistan -  6,33 dollar
Gürcüstan - 5,67 dollar
Qazaxıstan - 5,2 dollar
Ukrayna - 5,14 dollar
Moldova - 5,13 dollar
Pakistan - 3,34 dollar

 
 

DİGƏR XƏBƏRLƏR

Top