Rusiya təyyarəsi Bakıda təcili eniş etdi - Bomba həyəcanı


Bəhreyn şəhərindən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da  Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, hava gəmisinin qəza enişinə səbəb təyyarə kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi olub.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

Təyyarənin komandiri sərnişinlərin təcili təxliyəsi barədə qərar qəbul edib.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top