İstedadlı Sərxanın musiqi təhsilini davam etdirmək üçün köməyinizə ehtiyacı var


Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, 1993-cü ildən Mingəçevirdə (keçmiş turist bazasinda)məskunlaşan İlyasovlar ailəsinin 18 yaşlı oğul övladı Sərxan Kəlbəcərli gözəl səsi ilə könülləri fəth etməyi bacarıb. Sərxanın 18 yaşı olmasına baxmayaraq o, vətən həsrəti çəkən bir gəncdir. Oxuduğu muğamlarda bunu hiss etmək mümkündür. Sərxanın ən böyük arzusu muğam ifaçısı olmaqdır. Lakin buna ailənin maddi vəziyyətnin yaxşı olmaması və yaşadıqları şərait imkan vermir. Bu barədə Yeniavaz.com-a məlumat verərən Sərxan deyir: "Ailədə iki övladıq atam qara zurna ifaçısıdır. Mənə də musiqiyə maraq atamdan keçib. Mən musiqi məktəbində orta musiqi təhsili almışam. Ailəmizin maddi durumu musiqi təhsilimi davam etdirməyə imkan vermir. Anam xəstə olduğu üçün işləməyə məcburam. Həm işləmək, həm də evimizin normal şəraiti olmaması özümü inkişaf etdirməyimə mane olur. Ən böyük arzum dədə-baba torpaqlarımızı görməkdir. Elə oxuduğum musiqilərin də çoxu Qarabağ üçündür”.
26 ildir köçkün həyatı yaşayan Sərxanın valideyinləri bildirir ki: "Övladlarımıza heç bir sənət verə bilməmişik. Çox çətin şəriatdə yaşayırıq. Sərxanın uşaqlıqdan muğama böyük marağı olub. Biz də bir valideyin kimi istiyərdik ki, oğlumuz musiqi təhsilini davam etdirə bilsin. Sərxanın yaxşı səsi var. Onu tez-tez  toylara dəvət edirlər".
Muğam dünya musiqi xəzinəsinin incisidir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi: "Təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir. Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının milli tanıtma nişanlarından biri kimi milli-mədəni irsimizin əsas hissəsini təşkil edib". Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur. Ümid edirik ki, Sərxana da dəstək olan tapılar.
 
Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top