Ankaradan XƏBƏRDARLIQ: ABŞ həddi keçdi

ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemləri alması ilə bağlı öz şərhlərində yol verilən çərçivədən kənara çıxıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib.
O bildirib: “Bizə “Patriot” satmıyanları S-400 almağımızla bağlı doğru olmayan bəyanatlar verirlər. S-400 hava məkanının qorunması üçün ehtiyaclarımızı təmin etməyə hesablanıb. Və onların bu mövzu üzrə bəyanatları yol verilən həddi keçib”.
Ö. Çelik ABŞ-ı ikili standart siyasət aparmaqda ittiham edib: “Niyə Yunanıstanın S-300 almasına normal yanaşılır? Türkiyəyə qarşı bu cür münasibət ikili standartlara işarə edir”.

DİGƏR XƏBƏRLƏR

Top