İki dəqiqə gecikdi, ölümdən xilas oldu - FOTO

Yunanıstan vətəndaşı Antonios Mavropolulos Efiopiyada qəzaya uğrayan təyyarənin reysinə gecikdiyi üçün sağ qalıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Mavropulos yerli mətbuata verdiyi açıqlamada hava reysinə iki dəqiqə gecikdiyini bildirib: “İnsanların təyyarəyə necə qalxdığını görürdüm. Məni içəri buraxmadıqlarına görə qəzəbli idim”.
Onun sözlərinə görə, aviaqəza barədə məlumat çıxanda, polis onu saxlayıb. Belə ki, Mavropolulos hava reysinə minməmiş yeganə sərnişin olub.
“Mənimlə baş verən qəza arasında heç bir məntiqi əlaqə yox idi, çünki yüküm öz yanımda idi. Ona görə məni çox sorğu-sual etmədilər”, - deyə o bildirib.
Aviareysə gecikmiş sərnişin “Facebook” səhifəsində faciəvi “ET302” hava reysininin biletinin şəklini paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top