İranda yenə spirtli içkidən 17 nəfər zəhərlənib - Onlardan ikisi ölüb


İranın qərbində yerləşən Kürdüstan vilayətinin Banə rayonunda saxta spirtli içkilərdən zəhərlənənlərin sayı 17 nəfərə çatıb.

Bunu İranın Kürdüstan vilayəti Banə rayonu Səhiyyə və Müalicə İdarəsinin direktoru Arəş Rəşidi açıqlamasında deyib.

A.Rəşidinin sözlərinə görə, ötən 2 gündə spirtli içkilərdən zəhərlənənlər rayon xəstəxanasına yerləşdirilib.

İdarə rəsmisi əlavə edib ki, indiyədək 12 nəfər dializ edilib, 5 nəfər isə evə buraxılıb.

A.Rəşidi spirtli içkilərdən zəhərlənənlərin sayının artmaqda olduğunu deyib.

Qərbi Azərbaycan vilayətinin Bukan rayonunda saxta spirtli içkilərdən istifadə nəticəsində iki nəfər dünyasını dəyişib. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top