
Martın 10-da Rusiyanın Volqoqrad vilayətinin Frolovo şəhərində odlu silahdan istifadə etməklə kütləvi dava baş verib.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, insident nəticəsində 1 nəfər ölüb, üç nəfər yaralanıb. Atışmaya səbəb naməlum dağıstanlıya görə münasibətlərə aydınlıq gətirmək olub. “Söhbətə” Dağıstanın 6 sakini gəlib. Onlar qarışıq, azərbaycanlı-erməni ailəyə məxsus mağazanın ofisinə giriblər. Münaqişə öncə iqtisadi xarakter daşıyıb. Azərbaycanlı-erməni ailəsi tərəfindən olan münaqişə iştirakçıları biznesmendirlər, onlar ticarətlə məşğul olurlar. İnsidentin iştirakçılarından birinin sözlərinə görə, ilk atəş açan dağıstanlılar olublar. Atışma nəticəsində bir erməni ölüb. O, Frolovo şəhərində ticarətlə məşğul olub. Üç yaralı xəstəxanadadır. Onlardan ikisi dağıstanlıdır. Yaralılardan biri ilk atəş açan dağıstanlı, digəri isə azərbaycanlı-erməni ailənin nümayəndəsidir. Qaçan 4 dağıstanlı 20 dəqiqədən sonra saxlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz