Azərbaycanlı “Professor” “Yırtıcı”nı məğlub etdi


Azərbaycanlı kikboksçu Alim Nəbiyev növbəti döyüşünü keçirib. “Professor” ləqəbli təmsilçimiz Fransanın Strasburq şəhərində təşkil olunan “Glory 64” turniri çərçivəsində rinqə çıxıb. Yarımorta çəki dərəcəsində mübarizə aparan Nəbiyev Surinam əsilli hollandiyalı, “Yırtıcı” ləqəbli Murtel Qrunhartla qarşılaşıb. “Glory” seriyasının reytinq birincisi olan idmançımız görüşdən qalib ayrılıb. Alim rəqibini hakimlərin rəyi ilə məğlub edib – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28). Bu, kikboksçumuzun peşəkar rinqdə keçirdiyi 58-ci döyüşdə 51-ci, “Glory” seriyasında keçirdiyi altıncı görüşdə beşinci qələbəsi olub. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top