Mingəçevirdə gənc qız beşinci mərtəbədən yıxılıb


Mingəçevir şəhəri Aydın Məmmədov küçəsi ev- 9 ünvanında Səbinə Seymur qızı Qarayeva yaşadığı beşmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılıb. Yeniavaz.com xəbər verir ki, onu dərhal xəstəxanaya yerləşdiriblər. Həkimlərin məlumatına görə,  Səbinə qapalı kəllə-beyin travması alıb. Hazırda xəstə koma vəziyyətindədir. Qonşuların dediyinə görə, Səbinə iki il idi ki, nişanlı idi. Bu günlərdə ona bayramlıq gətirilmişdi. Qonaqlar gedəndən sonra  o, eyvanda  yır-yığış edərkən əlindəki yastığı çırpanda ehtiyatsızlıqdan eyvandan aşağı yıxılıb. Yayda Səbinənin toyu olacaqdı.

DİGƏR XƏBƏRLƏR

Top