Şəkidə dəhşətli qəza "Prado" ilə "Vito" toqquşdu


Şəki şəhərində 9 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Yeniavaz.com report.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə 9 nəfər bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top