İstanbul-Nyu-York reysində 29 nəfər xəsarət alıb


"Turkish Airlines" aviaşirkətinə məxsus İstanbul-Nyu-York reysini həyata keçirən təyyarədə güclü turbulentlik səbəbindən 29 nəfər xəsarət alıb. Təyyarənin göyərtəsində 326 sərnişin və 21 heyət üzvü olub. Təyyarə Nyu-Yorkda Con Kennedi adına beynəlxalq hava limanına yaxınlaşarkən güclü silkələnmə başalyıb. Nyu-Yorkun yanğından mühafizə xidmətinin nümayəndəsi Maykl Parrella bildirib ki, xəsarət alanlara hava limanında tibbi yardım göstərilib. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top