Yevlaxda piyadanı maşın vurub.
Yeniavaz.com xəbər verir ki, hadisə Mingəçevir-Xaldan avomobil yolunun Əkşəm kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd sakini orta məktəb şagirdi Rəşad Rəşid oğlu Əzizovu “Hyundai”markalı avtomobil vurub. Yaralı sürücü tərəfindən tezliklə xəstəxanaya çatdırılıb.
Hazırda faktla bağlı araşdırma aparılır. Esmira Hidayətova, Mingəçevir