Mingəçevirdə parklarda gecələyən "Bomj”


Harda gəldi gecələyir, üst başından belə itlər hürkür, yay-qış fərq etməz, parklarda skamyaların üstündə yatır. Bu kimsəsiz insan Mingəçevirin küçələrini dolaşır, insanların ona verdiyi kiçik azuqə ilə həyatına davam edir. Gündüzlər şüşə, kauçuk qablar toplayaraq satır. Şəhərin parklarından birində özü üçün yataq yeri hazırlayıb yatan bu oğlan bəlkədə vaxtı ilə hansısa bir işin sahibi olub. Onu danışdırmağa cəhd etsək də dillənmədi. Parkda istirahət edən sakinlər bildirir ki, bu adamın ömrü bu parklarda keçib. Kimsəsizdir, ona görə də qayğısına qalan yoxdur. Sakinlər bildirir ki, qışın soyuq aylarında da burada gecələyib. Bəs görəsən tufeyli həyat tərzini seçənlərin qayğısına kim qalmalıdır: cəmiyyət, yoxsa hökümət?!

Esmira  Hidayətova, Mingəçevir
 
 

DİGƏR XƏBƏRLƏR

Top